Sabiq deputatın qatili xəstəxanada öldü
Bizi izləyin

Dünya

Sabiq deputatın qatili xəstəxanada öldü

Qatilə dörd güllə dəyib.

Rusiya Dövlət Dumasının sabiq deputatı Denis Voronenkovun qatili xəstəxanada ölüb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda baş həkim Nikolay Demin bildirib.

Demin “NewsOne” telekanalının efirində deyib ki, həkimlərin hesablamalarına görə, qatilə dörd güllə dəyib. Daha əvvəl bildirilirdi ki, güllələnən qatil son dərəcə ağır vəziyyətdədir.

Müstəntiqlər onun şəxsiyyətini müəyən ediblər. O, Ukrayna vətəndaşıdır. Hazırda qətlin ikinci iştirakçısı axtarılır.

Qeyd edək ki, Rusiya Dumasının sabiq deputatı bu gün Kiyevdəki otellərdən birində qətlə yetirilib. Voronenkov 2016-cı ildə cinayət təqibinə görə Ukraynaya qaçıb. O, Kommunist Partiyasından Dumaya deputat seçilmişdi. Rusiya onu beynəlxalq axtarışa vermişdi.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm