Dünya
"Voronenkovu öldürən şəxs Rusiya agenti olub"
Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun qatili Rusiya xüsusi xidmət orqanlarının Ukrayna güc strukturlarına yeridilmiş agenti olub.
APA-ya istinadən xəbər verir ki, bu sözləri
Ukrayna daxili işlər nazirinin müşaviri, Ali Radanın üzvü
Anton Geraşşenko yerli televiziyalara
açıqlamasında deyib. O bildirib ki, qatil 2014-cü ilə Rusiya xüsusi
xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub.
A.Geraşşenko qatilin Ukrayna Milli Qvardiyasında 13 ay xidmət
etdiyini, lakin döyüşlərdə iştirak etmədiyini söyləyib. Hazırda
Ukrayna hüquq-mühafizə orqanları onun bütün fəaliyyətini araşdırır
və bərabər xidmət etdiyi əsgər yoldaşlarını dindirir.
Xatırladaq ki, Rusiya Dövlət Dumasının sabiq üzvü Denis Voronenkov
martın 23-də Kiyevin mərkəzində, Puşkin küçəsində güllələnib. Onun
mühafizəçisi killerə atəş aça bilib və özü də yaralanıb. Cinayəti
törədən şəxs xəstəxanaya çatdırılsa da, orada ölüb. Hadisə ilə
bağlı təhqiqat aparılır.
D.Voronenkov 2016-cı ilin oktyabrında Ukraynaya qaçıb və Ukrayna
vətəndaşlığı alıb. O, Ukrayna Baş Prokurorluğuna Rusiyanın
Ukraynaya qarşı hərbi müdaxiləsi və sabiq prezident Viktor
Yanukoviçlə bağlı ifadələr verirdi.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ