Küçəyə atılan 5 nəfərlik ailə qarderob evdə yaşayır - - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Küçəyə atılan 5 nəfərlik ailə qarderob evdə yaşayır - - FOTO/VİDEO

Ailə ev kirəsini verə bilmədiyi üçün küçələrdə qalıb.

Türkiyədə yaşayan ailə ev kirəsini verə bilmədiyi üçün küçələrdə qalıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tullantı materiallarını toplayaraq dolanan ailəni 3 ildir qaldıqları evdən çıxarılıblar. Ev sahibi yığılmış 1500 lirə kirə haqqını və kommunal xidmətlərin pulunu ödəyə bilmədikləri üçün 5-12 yaşında 3 uşaqlı ailəni evdən çıxarıb.

Hadisə Türkiyənin Şanlıurfa şəhərində baş verib. 48 yaşlı Veysi Xurma ev sahibi tərəfindən evdən çıxarılandan sonra istifadə etdikləri qarderobu 2 kvadratmetrlik təkgözlü evə çevirib. Altına da 4 təkər taxan Veysi Xurma, həyat yoldaşı və 5-12 yaşlarındakı 3 uşağı ilə bu "ev"də yaşamağa başlayıb.

Səyyar evdə yaşamağa başlayan ailə ehtiyacları olduğu əşyaları götürüb, geri qalanını isə küçəyə atıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm