Qanlı sıyıq ssenarisi və hücum HAZIRLIĞI
Bizi izləyin

Dünya

Qanlı sıyıq ssenarisi və hücum HAZIRLIĞI

Bunun üçün qanlı sıyığın hazırlanması ssenarisi seçiləcək.

Qərb öz içindəki Putinin “dostunu” vurmağa hazırlaşır: bu dəfə kütlələrin etirazı yox, qanlı sıyığın hazırlanması ssenarisi seçiləcək.

Publika.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ və Almaniya fondlarının onu devirmək üçün kisələrinin ağzını açdığını bəyan etdi. Bu açıqlama müxalifətin martın 25-də təyin etdiyi mitinq öncəsi verilmişdi. Və hesab etmək olardı ki, Lukaşenko mitinq öncəsi əhalini qorxutmaq gedişi edir. Lakin deyəsən məsələ bu dəfə kifayət qədər ciddidir.


Silahlı təxribatlar hazırlayan onlarla döyüşçü saxlanılıb” – deyə Lukaşenko martın 21-də Mogilyovda müəssisələrin birində əmək kollektivi ilə görüşdə bildirdi.

Qeyd etdi ki, ekstremistlər Bobruysk və Osipov bölgəsində hərbi təlim keçiblər.

Qalan düşərgələr Ukrayna, Litva, yaxud da Polşadadır. Bu haqda iddia etməyəcəm, lakin haradasa oralarda yerləşir. Pul Polşa və Litva vasitəsilə ötürülür”, - deyə o vurğuladı.

O, bundan öncə qeyd etmişdi ki, Ermənistandan Avropa Birliyi ölkələrindən birinə getmiş və Belarusa gəlmiş təyyarədə şübhəli radioaktiv yük və naməlum silahlı insanlar olub.

Müxalif politoloqlardan olan Aleksandr Feduta Lukaşenkonun fikrini belə şərh etdi: “Bu, martın 25-nə təyin edilmiş mitinq öncəsi əhalini qorxutmaq və etiraz aksiyasına güc tətbiqi etmək hüququnu qazanmaq gedişidir”.

Belarus liderinin sözləri Vilnüs və Kiyev tərəfindən kəskin reaksiyaya səbəb oldu. Litvanın xarici işlər naziri Linas Linkyaviç bunu “barmaqdan sovrulmuş uydurmalar” adlandırdı. Ukraynanın Minskdəki səfirliyi isə Lukaşenkonun çıxışını ukraynalıları təhqir olaraq qiymətləndirdi.

Minsk daha sonra videogörüntülər yaydı. Videoda aydın görünür ki, hansısa avtomobil sürətlə nəzarət buraxılış məntəqəsini keçir. Daha sonra saxlanılan avtomobildə silahların tapılması kadrları görünür. Dövlət Təhlükəsizlik Komitəsi gizlilik ənənələrinin əksinə olaraq, bütün təfərrüatları açıqladı:

- Bu “Ağ legion” və “Yeni cəbhə” qruplaşmalarının üzvləridir. Onlardan əldəqayırma partlayıcı qurğuların istehsalı üçün predmet və maddələr, Kalaşnikov avtomatları, karabinlər, tapançalar, patronlar, bıçaqlar, baltalar, şəhər şəraitində döyüş əməliyyatının keçirilməsi üçün maddi yardımlar, hərbi geyimlər və s. tapılıb.

Belarus xüsusi xidmət orqanları qeyd edirlər ki, qruplaşmanın Ukrayna millətçi təşkilatının – UNA-UNSO- döyüşçüləri ilə əlaqələri var. Bildirilir ki, onlar martın 25-də keçirilən mitinqdə təxribat törədə bilərdilər və güman ki, Ukraynadan kömək gözləyirdilər.

Yəni, Lukaşenko bu dəfə illuziya danışmır, onun sözlərinin arxasında konkret faktlar var: Və olduqca diqqət çəkən məqamlardan biri odur ki, silahlı qruplaşmaların saxlanılması fonunda müxalifətin təhdid bəyanatları səsləndi. Martın 25-də Belarus müxalifəti təyin olunmuş mitinqi keçirtdi, polis qüvvələri aksiyaya müdaxilə etdilər, müəyyən toqquşmalar və həbslər yaşandı. Etiraz dalğası sakitləşdi. Lakin bu, heç də hər şeyin bitdiyi demək deyil.

Müxalifətdə olan Belarus Milli Konqresinin lideri Nikolay Statkeviç də belə deyir. O, hökumətin dəyişdirilməsi ilə nətiələnəcək mitinqlərin baş verəcəyi haqda xəbərdarlıqlar edir. Qeyd edir ki, ehtiyac olduğu halda etirazçılar paytaxt Minskin küçələrini tərk etməyəcək və Kiyevdəki Maydan Belarusda da təkrarlanacaq.

Statkeviçin silahdaşı, “Avropa Belarusu” vətəndaş hərəkatının koordinatoru Dmitri Bondarenko bildirib ki, həyacanlı vəziyyətdə Lukaşenkonun postundan salınacağına əmindir.


Bu boş açıqlamalara oxşamır: kütləvi aksiyalar üçün baza artıq formalaşıb. Belarusda fevraldan başlayaraq, “müftəxorluq haqda dekret”ə (işləməyənlərin vergiyə cəlb edilməsi-red) və iqtisadi vəziyyətə qarşı aksiyalar təkcə paytaxtda deyil, bölgələrdə də keçirilir.

Bütün bunların fonunda Lukaşenkonun bəyanatları olduqca həyəcanlıdır. Minsk anlamağa imkan verir ki, ölkədə hərbi vəziyyətə bənzər vəziyyət elan etməyə hazırdır. Müxalifət isə hakimiyyətə qarşı qətiyyətli hücuma keçmək niyyətindədir və öz tərəfdarlarını toplayır.

Belaruslu politoloq Valeri Karbaleviç hesab edir ki, Lukaşenko üçün hazırda qonşu dövlətlərlərlə münasibətlərdən daha çox, daxili vəziyyət vacibdir: “Buna görə də o bəyanatında bəzi ölkələrin adını açıq şəkildə açıqladı”.

Onun fikrincə, hakimiyyətin açıqlamaları və addımları təbliğat xarakteri daşıyır və heç bir reallığa sığımır.

Rəsmi Minsk isə açıq şəkildə ölkədə qanlı sıyığın hazırlanması və silahlı hücumların olacağını bəyan edir.


MDB İnstitutunun direktor müavini Vladimir Jarixin Lukaşenkoya inanmamağa əsas olmadığını deyir.

Onun bəyanatları hüquq-mühafizə orqanlarının əməliyyatlarına əsaslanıb. Buna inanmamaq üçün əsas yoxdur. Çünki anoloji hadisələr Ukraynada da baş verirdi. Orada da xüsusi silahlı dəstələr hazırlanırdı və bu dəstələr sonra Maydanda istifadə edildi”, - deyə o vurğulayır.

Sürüdən geri qalan qurd

Politoloq hesab edir ki, Qərb Minskin zəif yerini tapdı: “Lukaşenko öz müttəfiqi olan Rusiyaya qarşı sərt çıxışlar etdi və hətta konkret adlar da çəkdi. Görünür, Qərb Lukaşenkonun tərəddüd keçirtdiyini hiss etdi və anladı ki, Minskin ayağı altından torpaq qaçır. Müxalifətin adi bir qanuna görə mitinqlərə çıxması təsadüfi ola bilməz. Qərb vəziyyətdən istifadə edərək, hücuma keçir”.

Belarusda baş verənlər Ukraynada Maydan öncəsi vəziyyətlə xeyli oxşardır: Bu, təsadüfdürmü?!.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm