• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Rusiyada MİSİR SSENARİSİ? - Putin üçün ŞOK XƏBƏRDARLIQ

  • Dünya
  • 27 Mart 2017 17:59
  • 3 999 Baxış
Rusiyada MİSİR SSENARİSİ? - Putin üçün ŞOK XƏBƏRDARLIQ

Martın 26-da Korrupsiya ilə mübarizə Fondunun təsisçisi Aleksey Navalnının çağırışı ilə Moskva və Sankt-Peterburq daxil olmaqla, Rusiyanın 97 şəhərində korrupsiyaya qarşı mitinqlər keçirildi. Etiraz aksiyasına səbəb Navalnının Fondunun daşınmaz əmlak və mülkiyyətə dair tədqiqatı olub. Aksiyanın təxminən 10 min iştirakçısından 1000-ə yaxını, o cümlədən Aleksey Navalnı saxlanılıb.

Bundan bir gün əvvəl isə Rusiyanın müttəfiqi olan Belarusda “sosial parazit” adı ilə tanınan qanuna (qanun yarımştat çalışan, yaxud işsiz vətəndaşların ildə 250 dollarlıq vergi ödəməsini nəzərdə tutur ki, bu da əslində, həmin şəxslərin tamştatlı işə görə ödəyəcəyi vergini qismən kompensasiya etmiş olur – red.) qarşı mitinq keçirildi. Mitinq dağıdıldı və iştirakçılardan 300 nəfərdən çoxu saxlanıldı.

Hər iki halda söhbət icazəsiz aksiyalardan gedir. Moskva və Minskdə Maydanın nümunəsi üzrə inqilab mümkündürmü?

Rusiyanın müxalifət siyasətçisi Konstantin Borovoy Ukraynanın “Obozrevatel” nəşrinə müsahibəsində bildirib ki, cəmiyyət bu hakimiyyətlərə daha dözə bilmir. O, bunu müsbət hal adlandırıb. Borovoy hesab edir ki, Moskvada keçirilən aksiyaya bu qədər insanın çıxması Kreml üçün böyük gözlənilməzlik idi.

“Düşünürəm ki, proses inkişaf edəcək, çünki cavan insanlar qorxmadılar. Moskvada minlərlə insan həbs edildi. Bu, ciddi simptomdur. Bu, onu göstərir ki, vəziyyət çox dəyişib və etirazlar başqa xarakter almağa başlayacaq. İnsanlar hakimiyyəti ağlını başına yığmağa çağırır. Əgər etiraz aksiyaları əvvəllər dinc xarakter daşıyırdısa, indi istənilən vaxt onlar növbəti – qiyamlarla dinc aksiyaları bir-birindən ayıran mərhələyə keçə bilər”.

Rusiyadakı hadisələri ərəb dünyasında baş verənlərlə müqayisə edən siyasətçi hesab edir ki, ölkədə baş verənlər Misir ssenarisinə daha yaxındır.

Belarus və Rusiyada etirazların iki ardıcıl gündə baş verməsinə diqqət çəkən Konstantin Borovoy hesab edir ki, bu, gələcək dəyişikliklərin ciddi simptomudur: “Görünür, Putin və Kreml etirazların çox ciddi xarakterini qəbul edəcək. Və bu şəraitdə təəssüf ki, hakimiyyətlərdən islahatları gözləmək lazım deyil. Təsəvvür etmək olmaz ki, Putin və Kreml korrupsiyaya qarşı proqramı reallaşdırmağa başlayacaqlar. Seçki sisteminin islah edilməsi ağlasığmazdır. Və bu o deməkdir ki, etirazlar artacaq. Bizi Rusiyada ciddi dəyişikliklər gözləyir”.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR