Sisidən üçüncü inqilab xəbərdarlığı
Bizi izləyin

Dünya

Sisidən üçüncü inqilab xəbərdarlığı

“Əgər xalq ölkədəki problemlərdən məlumatlandırılmazsa üçüncü inqilabın olması heç də istisna deyil”.

Publika.az” xarici mətbuata istinadən xəbər verir ki, keçmiş Müdafiə Naziri və prezidentliyə namizəd Əbdüllətif Əs-Sisi Misirdə bir özəl televiziya kanalına müsahibə verib.

“Siz Misiri və İslamı “İhvan”dan (Müsəlman Qardaşları Təşkilatı – red) xilas etməyəmi çalışırsınız?” sualına Sisi “Təbii ki, 80 illik keçmişi olan “İhvan” Misir dövlətini idarə etməkdə uğursuz olub. Mən onlara “siz siyasi problemi dini problemə çevirirsiniz, bu da qəbul edilə bilməz” dedim” deyə qeyd edib.

Sisi daha sonra “Misirlilərin dini əskik deyil. Bu təcrübənin təkrarlanmasına icazə verilə bilməz. Az qala Misiri uçuruma aparacaqdılar” bildirib.

Üçüncü inqilab xəbərdarlığı

Sisi bu cür davam edib:

“Ölkə əldən gedəcəkdi. Bunun qarşısını mütləq almaq lazım idi. O vaxtlar problemlər çox idi və imkanlar çox qısıtlı idi. Əgər xalq ölkədəki problemlər haqqında məlumatlandırılmazsa üçüncü bir inqilabın baş verməsi heç də uzaqda deyil. Ona görə açıq danışıram. Mən bu problemlərin öhdəsindən tək canımla gələ bilmərəm. Amma hamımız birlikdə həll edə bilərik”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm