Putinin Medvedevə nə söz vermişdi? - "Kreml tamaşası”nın ŞOK SİRRİ
Bizi izləyin

Dünya

Putinin Medvedevə nə söz vermişdi? - "Kreml tamaşası”nın ŞOK SİRRİ

"Rusiyada bu yaxınlarda keçirilən etirazlar da “Kreml tamaşası”dır".

Postsovet məkanındakı digər etirazlar kimi Rusiyada bu yaxınlarda keçirilən etirazlar da “Kreml tamaşası”dır.

Publika.az xəbər verir ki, bunu Rusiya publisisti və analitiki Vladimir Qolışev “Obozrevatel” nəşrinə açıqlamasında deyib.

“Rusiyada və Rusiyanın ətrafında çoxillik müşahidələrə əsaslanana dərin inamım ondan ibarətdir ki, Kreml postsovet məkanında bütün maydanların əsas mühərrikidir. İstisna yalnız Kiyevdəki birinci Maydan ola bilər. Bu, Kremldə çaşqınlıq yaratdı. Amma Kreml ikinci Maydanın əsas mühərriki, təşəbbüskarı və əsas informasiya sponsoru idi. Bundan bir saniyə də şübhələnmirəm”, - publisist əmindir.

Onun sözlərinə görə, ikinci Ukrayna Maydanında özünəməxsus dəsti-xətt açıq-aydın nəzərə çarpırdı:

“Mən orada baş verənlər onlayn şəkildə çox diqqətlə müşahidə edirdim. “Berkut”un zorakılığın bütün əlamətləri, etirazların vəhşicəsinə dağıdılması və institutda güllələnmə - bütün bunlar dəqiq və aydın Rusiya xəttinə malikdir. Amma Maydanda olan Kiyev sakinləri hansı səbəbdən orada olmasından və hansı hədəfi olmasına baxmayaraq, özlərini qəhrəmancasına aparırdılar. Nəticədə möcüzə baş verdi: Ukrayna dövlət quruluşu yalnız saxlanılmadı, həm də möhkəmləndi, Ukrayna müqavimət göstərməyə başladı. Bu, Kremlin planlarına daxil deyildi. Amma öz-özlüyündə Maydan ideyası və Kiyevin mərkəzində zorakılığın alışdırmasına yönəldilən bütün hərəkətlərin sponsoru sözsüz ki, Kreml idi”.

Rusiyada keçirilən etiraz aksiyalarına gəlincə, analitik qeyd edir ki, bu, xalq kütlələrinin üsyanı, Aleksey Navalnının hansısa istedadının məhsulu deyildi:

“Bu, Kreml tərəfindən təşkil olunmuş tamaşadır. Kreml “tamaşa” vasitəsilə iki məqsədə çatmağa ümid edir: "Birincisi, Putin Medvedevin qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Bu, öhdəlik ondan ibarətdir ki, o, baş nazir kimi əvəzedilməz qalacaq, əgər Putin getməyə hazırlaşarsa, Medvedyev ikinci dəfə onun varisi olacaq. Putin bu öhdəlikləri yerinə yetirmək istəmir. Hazırda elə vəziyyət yaranır ki, Medvedevin baş nazir olması artıq mümkün deyil, o, xalqın əsas düşməninə çevrilib. İkincisi, görünür, ümid edirlər ki, seçkilərdə yüksək iştirak olsun”.

Onun fikrincə, Navalnı belə geniş coğrafiyada (Martın 27-dı keçirilən aksiyalar Rusiyanın 97 şəhərinə təşkil edilmişdi –red.) etiraz aksiyaları təşkil etmək bacarığına malik deyil:

“Heç kim Kremlin təşkilati resurslarına şübhə etmir. Düşünmək belə gülməlidir ki, Navalnı belə böyük coğrafiyada “etirazlar”ın təşkilatçısı idi. Əlbəttə, inzibati resurslar cəlb edilmişdi. Bu dəfə yerlərdə aksiyalarda iştirakın qarşısı alınmırdı və əksinə, həvəsləndirilirdi”.

Bununla belə, Qolışev həmin “tamaşa”nın nəzarət altından tamamilə çıxa biləcəyini istisna etmir.

Onun sözlərinə görə, Belarusda 2017-ci il martın 26-da baş vermiş hadisələrdə də həmçinin “tanış xətt” gözdən keçirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm