Tillerson: “Krım qaytarılmayanadək ABŞ Rusiyaya qarşı sanksiyaları geri götürməyəcək”
Bizi izləyin

Dünya

Tillerson: “Krım qaytarılmayanadək ABŞ Rusiyaya qarşı sanksiyaları geri götürməyəcək”

ABŞ və NATO tərəfindən Ukraynaya dəstək davamlı olaraq qalacaq.

"Krım Ukraynaya qaytarılmayanadək ABŞ Rusiyaya qarşı sanksiyaları geri götürməyəcək".

Publika.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin görüşündə bəyan edib.

“ABŞ və NATO tərəfindən Ukraynaya dəstək davamlı olaraq qalacaq. NATO üzrə tərəfdaşlarımız da Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir”, - deyə R.Tillerson bildirib.

O əlavə edib ki, ABŞ Rusiyadan Minsk razılaşmalarının yerinə yetirilməsini tələb etməkdə davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm