Səudiyyə kralı Fələstinə 31 milyon dollar verdi
Bizi izləyin

Dünya

Səudiyyə kralı Fələstinə 31 milyon dollar verdi

Sözügedən vəsait artıq Fələstinin Maliyyə Nazirliyinin hesabına köçürülüb.

Səudiyyə Ərəbistanı hökuməti Fələstinə 30,8 milyon dollar yardım vəsaiti verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Qahirədəki səfiri və Ərəb Dövlətləri Liqasındakı nümayəndəsi Əhməd Kattan məlumat verib.

Diplomat bildirib ki, sözügedən vəsait Fələstinin dövlət büdcəsini formalaşdırmaq məqsədilə ayrılıb: “Bilirsiz ki, Səudiyyə Ərəbistan Fələstin probleminin həllini dəstəkləyir. Ona görə də biz Fələstinin dövlət büdcəsinə yardım göstərmək üçün bu addımı atdıq. Sözügedən vəsait artıq Fələstinin Maliyyə Nazirliyinin hesabına köçürülüb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm