Peskov: "Rusiya ABŞ administrasiyasına qarşı olduqca təmkinli yanaşır"
Bizi izləyin

Dünya

Peskov: "Rusiya ABŞ administrasiyasına qarşı olduqca təmkinli yanaşır"

Əks təqdirdə, Rusiya üçün ciddi təhlükə yarana bilər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ prezidenlərinin beynəlxalq məsələlərə yanaşma tərzlərinin bənzərliyindən danışıb

Publika.az Xarici KİV-ə istinadən xəbər verir ki, Vladimir Putinlə Donald Trampın siyasətinin incə nüanslarından danışan mətbuat katibi müsahibəsində "Hər iki lider milli maraqlarını ön planda saxlayaraq tərəfdaşları ilə uğurlu əlaqələr qurur" deyə bildirib.

Peskovun sözlərinə görə, Rusiya yeni ABŞ administrasiyasına qarşı olduqca təmkinli yanaşır: "Biz yaxşı anlayırıq ki, onlara Rusiya ətrafında ideyalarını daha aydın formalaşdırmaq üçün zaman lazımdır".

Mətbuat katibi ABŞ-la əlaqələrin tez zamanda müsbət istəqamətə doğru dəyişəcəyinə ümid edib. Əks təqdirdə, Rusiya üçün ciddi təhlükə yarana bilər.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm