Kərkük qərarı çıxdı: kürdlərə ZƏRBƏ
Bizi izləyin

Dünya

Kərkük qərarı çıxdı: kürdlərə ZƏRBƏ

Kərkükün əsas əhalisi olan türkmanlar buna qarşı etiraz aksiyaları keçirib.

İraq parlamenti Kərkükdə valilik və dövlət binaları üzərində yalnız İraq bayrağının asılması haqda qərar çıxarıb.

Publika.az
xəbər verir ki, parlament üzvləri yekdilliklə Kərkükdə İraq Kürd Muxtariyyətinin bayrağının asılmasına qarşı çıxıb.

Bununla yanaşı, İraq konstitusiyasının 11-ci maddəsinə uyğun olaraq, Kərkük neftinin bütün iraqlıların ortaq malı olması haqda qərar çıxarılıb.

Qeyd edək ki, ötən həftə Kərkükdə dövlət binalarının üzərindən kürd bayrağının asılması ciddi qarşıdurmaya səbəb olub. Kərkükün əsas əhalisi olan türkmanlar buna qarşı etiraz aksiyaları keçirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm