Prezidentin qızının sərvəti açıqlandı
Bizi izləyin

Dünya

Prezidentin qızının sərvəti açıqlandı

2016-2017-ci il ərzində qazanılan gəlirin 1,5 milyonu prezidentin qızının payına düşür.

Ağ Evdə çalışan 180 əməkdaşın gəlirləri barədə hazırlanan deklarasiyanın nəticələrinə görə, Trampın adminstrasiyası tarixin ən varlı adminstrasiyasıdır. Onların ümumi varidatı 12 milyard dollar həcmində qiymətləndirilir.

Publika.az "Daily Mail"-a istinadən xəbər verir ki, Donald Trampın qızı İvanka Trampın Vaşinqtonda yerləşən 25 milyon dollar dəyərində olan "Trump İnternational Hotel" şirkətində hissələri var.

2016-2017-ci il ərzində qazanılan gəlirin 1,5 milyonu prezidentin qızının payına düşür. İvanka və onun həyat yoldaşı Cared Kuşner ümumi dəyəri 740 milyon dollar həcmində qiymətləndirilən aktivlərə sahibdir.

İvanka Trampın həyat yoldaşı Cared Kuşner Ağ Evin innovasiyalar idarəsinin rəisi, "New York Observer" qəzeti və "Kushner Properties" şirkətinin sahibidir.

Onun şəxsi sərvəti isə 1.4 milyard dollardır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm