Misirin paytaxtında partlayış: yaralananlar var
Bizi izləyin

Dünya

Misirin paytaxtında partlayış: yaralananlar var

Bir neçə nəfərin vəziyyəti ağırdır.

Şənbə günü Misirin paytaxtı Qahirənin şimalında törədilmiş partlayış nəticəsində azı 16 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Al Watan” portalı məlumat yayıb.

Partlaycı qurğu Daxili İşlər Nazirliyinin Tanta şəhərindəki təlim düşərgəsi yaxınlığında işə düşüb. Naməlum şəxslər bombanı bir qrup kursant polisin tədris mərkəzindən çıxan zaman işə salıblar. Yaralılardan 13 nəfəri asayiş keşikçisi, üçü isə yoldan keçəndir. Bir neçə nəfərin vəziyyəti ağırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm