Çində yük gəmisi körpüyə çırpıldı - - VİDEO
Bizi izləyin

Dünya

Çində yük gəmisi körpüyə çırpıldı - - VİDEO

İnsident nəticəsində üç nəfər xəsarət alıb.

Çinin cənubunda yerləşən Quandun əyalətində uzunluğu 98,8 metr, eni isə 15,6 metr olan gəmi körpüyə çırpılıb.

“Report” xəbər verir ki, bu barədə yerli hökumət orqanlarına istinadən “Sinxua” məlumat yayıb.

İnsident Çjuxay şəhər dairəsində baş verib. Min tona yaxın yük daşıyan gəmi Lyansi körpüsünə dəyib. Nəticədə körpünün dayağı 1,6 metr irəli gedib.

İlkin məlumata görə, insident nəticəsində üç nəfər xəsarət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm