Kolumbiyada TƏBİİ FƏLAKƏT: Ölənlərin sayı 154 nəfər oldu (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Kolumbiyada TƏBİİ FƏLAKƏT: Ölənlərin sayı 154 nəfər oldu (YENİLƏNDİ)

Təbii fəlakət 17 rayona ziyan vurub, 45 min sakin işıqsız qalıb.

Kolumbiyada daşqın və sel nəticəsində ölənlərin sayı 154 nəfərə çatıb.

Son məlumatlara görə, 220 nəfər itkin düşüb, 400 nəfər xəsarət alıb.

Bundan bir az əvvəl ölkə Prezidenti Xuan Manuel Santos 112 nəfərin həlak olduğunu demişdi. Daşqına səbəb sürəkli yağışlardan sonra Mokoa çayının daşmasıdır. Mokoa şəhərinin 45 min sakini işıqsız qalıb. Ümumilikdə 17 rayon təbii fəlakətdən zərər çəkib.

***

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində 112 nəfər ölüb.

Publika.az xəbər verir ki, xeyli insan itkin düşmüş hesab edilir. “El Heraldo” portalı təbii fəlakət nəticəsində 180 nəfərin xəsarət aldığını, 200 nəfəri itkin düşdüyünü bildirib.

Faciəyə səbəb kimi leysanlar nəticəsində Mokoa çayında daşqının baş verməsi göstərilir.

Təbii fəlakət 17 rayona ziyan vurub, 45 min sakin işıqsız qalıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm