Koalisiya 396 dinc sakinin öldüyünü etiraf etdi
Bizi izləyin

Dünya

Koalisiya 396 dinc sakinin öldüyünü etiraf etdi

18,6 min aviazərbə endiriblər.

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İraq və Suriyada anti-terror əməliyyatları başlayandan endirilən hava zərbələri nəticəsində azı 396 dinc sakinin öldüyünü etiraf edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat verib.

Koalisiya bu iki ölkədə, xüsusilə fevral ayında dinc sakinlərin ölümü barədə etimad qazanmış 5 məlumatı etiraf edib.

Qeyd olunur ki, koalisiya qüvvələri 2014-cü ilin avqustundan 2017-ci ilin fevralına qədər 18,6 min aviazərbə endiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm