Dünya
MÜƏMMA: 312 metrlik gəmi Atlantik okeanında yoxa çıxdı
24 nəfərlik heyət üzvü olan 312 metrlik Cənubi Koreya yük gəmisi cənubi Atlantik Okeanında yoxa çıxıb.
Publika.az xəbər verir ki, heyət üzvlərindən 2 filippinli dənizçi gəminin qayıqlarının birindən xilas ediliblər.
312 metrlik Stellar Daisy yük gəmisinin heyət üzvlərindən biri SMS yazaraq gəminin getdikcə su ilə dolduğu barədə xəbərdarlıq edib.
Uruqvay donanması ərazidəki ticarət gəmilərini xəbərdar etdikdən
sonra, bu gəmilər axtarışa başlayıb.
Uruqvay donanmasının sözçüsü axtarışı aparan gəmilərin heyət
üzvləri yanacaq iyi hiss etdilərini bildiriblər.
Yonhap xəbər agentliyi xilas edilən iki filippinlinin axtarışda iştirak edən gəmilərin biri tərəfindən tapıldığını bildirib.
"22 nəfərin tapılmasına yönələn axtarış əməliyyatı davam edir", Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəsmisi Reuters xəbər agentliyinə deyib.
XİN rəsmisi həmçinin axtarış əməliyyatına dəstək verilməsi üçün Cənubi Koreyanın Brazilya və Uruqvaya müraciət etdiyini bildirib.
"Çox Böyük Filiz Daşıyıcısı" adlanan (Very Large Ore Carrier və ya VLOC) və 260 min ton tutuma malik olan gəmi Cənubi Koreya şirkəti tərəfindən istismar olunur, lakin Marşal Adalarının bayrağını daşıyır. 24 heyət üzvünün 16-sı filippinli, 8-i isə Cənubi koreyalıdır.
Deyilənlərə görə gəminin çıxış portu Braziliyada olub. (trend)
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!