Dünya
Ermənistandakı seçkidə ciddi qanun pozuntularının SİYAHISI - Siyahı (Video)
“Transparency International” antikorrupsiya mərkəzi Ermənistanda keçirilən parlament seçkilərində ciddi qanun pozuntularının aşkarlanması ilə bağlı bəyanat verib.
Publika.az xəbər verir ki, Mərkəzin proqram
rəhbəri Varujan Oktanyan seçkilərdə inzibati resurslardan
sui-istifadə monitorinqinin nəticələrini açıqlayarkən deyib ki,
martın 13-dən 24-dək olan dövrdə seçkidən əvvəl seçici səslərinin
satın alınması və ya rüşvət verilməsi ilə bağlı 100-dən çox fakt
qeydə alınıb.
Eyni zamanda Zeytunda ciddi qanun pozuntusu qeydə alınıb. Belə ki,
3/32 saylı seçki məntəqəsində 500 kupon möhürlənməyib.
Bundan başqa “Yelk İttifaqı” yeni seçki pozuntularını açıqlayıb.
Saat 14։00-19:00 dəqiqələrində “Yelk” ittifaqı aşağıdakı sçki
məntəqələrində seçki pozuntuları qeydə alıb.
– 7/42 seçki məntəqəsində (3 saylı seçki dairəsi,
Malatia-Sebastasiya) Yelk ittifaqının nümayəndəsini
uzaqlaşdırıblar.
– 25/11 seçki məntəqəsində (9 saylı seçki dairəsi, Lori, Katnarad)
möhür yoxa çıxıb. Nümayəndənin tələbi ilə polis çağırıldı.
– 24/01 seçki məntəqəsində (9 saylı seçki dairəsi, Lori, Quqark)
seçicilər seçki kabinəsindən bülletenləri zərfin icinə qoymadan
cıxdı və seçkilərin gizliliyini pozdular.
– 9/16 seçki məntəqəsində Respublikaçı müşahidəçi Minasyan Larisa
insanları yönləndirir.
– 7/49 seçki məntəqəsində (3 saylı seçki dairəsində,
Malatia-Sebastasia) komissiya katibi bülletenlərlə dolu sandığı
ərazidən çıxarıb, daha sonra geri gətirilməsi ilə bağlı qeydiyyat
aparmaqdan imtina edib.
– 17/03, 17/04, 17/05 (7 saylı seçki dairəsində, Araqatsodn,
Aştarak) seçki məntəqələrinin elektriklərini kəsiblər.
– 33/15 seçki məntəqəəsində (11 saylı seçki dairəsində, Şirak
vilayəti, Aryevşad) respublikaçıların nüamyəndələri zərfləri açaraq
bütün səsvrməmələri yoxlayıb. Yalnız respublikçılara səs verən
seçicilərin səslərini zərfini seçki qutusuna atırlar.
-13/18 seçki məntəqəsində (5 saylı seçki dairəsində, Ararat,
Sisavan) icamasının rəhbərinin qardaşı oğlu 3-cü dəfə səs verməyə
cəhd edib. Komissiya sədri hadisəni qeydiyyata almaqdan imtina
edib.
– 21/29 seçki məntəqəsində (8 saylı seçki dairəsində, Qeğarkunik,
Zolakar) "Martuni Qadınlarının İctimai Şurasının" müşahidəçisini
döyərək məntəqədən uzaqlaşdırıblar.
– 4/26 և 4/35 seçki məntəqəsində (2 saylı seçki dairəsində,
Arabqir) iki dəfə səsverməyə cəhdin qarşısı alındı.
(azvision.az)
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO