Ticarət mərkəzində yanğın - 5 mindən çox insan təxliyə edildi
Bizi izləyin

Dünya

Ticarət mərkəzində yanğın - 5 mindən çox insan təxliyə edildi

1 nəfər xəsarət alıb.

Rusiyanın Voronej şəhərində "Qalereya Çijova" ticarət mərkəzində yanğın baş verib.

Trend-in verdiyi məlumata görə, yanğın nəticəsində 1 nəfər xəsarət alıb, 5 min 500 insan isə təxliyə edilib.

Yanğın Moskva vaxtı ilə saat 19:20-də söndürülüb. Yanğının səbəbləri müəyyənləşdirilir.

Qeyd edək ki, "Qalereya Çijova" ticarət mərkəzi 25 mərtəbədən ibarətdir və Voronej şəhərinin ən hündür binası sayılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm