Neft anbarında partlayış - 5 ölü, 3 yaralı
Bizi izləyin

Dünya

Neft anbarında partlayış - 5 ölü, 3 yaralı

Hadisənin başvermə səbəbləri araşdırılır.

Çinin Anhoy vilayətindəki neft şirkətinin anbarında baş vermiş partlayış zamanı 5 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə Ançin şəhərində, "Wanhua" şirkətinin anbarında qeydə alınıb. Anbar partlayışdan sonra yanıb. Yanğınsöndürənlər alovu söndürmək üçün 3 saat vaxt sərf ediblər.

Hadisə zamanı ölənlərin cəsədləri bazar ertəsi səhər aşkarlanıb. Hazırda yaralılara xəstəxanada tibbi yardım göstərilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm