Bir şəhər xəritədən silindi - 254 nəfər öldü - - FOTOLAR - VİDEO
Bizi izləyin

Dünya

Bir şəhər xəritədən silindi - 254 nəfər öldü - - FOTOLAR - VİDEO

Ölənlərdən 44-ü azyaşlı uşaqlardı.

Təbii fəlakət nəticəsində 254 nəfər həyatını itirdi. Ölənlərdən 44-ü azyaşlı uşaqlardı.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Cənubi Amerika ölkəsi olan Kolumbiyanın cənub-qərbindəki Mocoa şəhərində qeydə alınıb.

Şəhəri yerlə bir edən sel və sürüşmələrdən sonra sağ qalan insanların axtarışları davam edir.

Elektrik enerjisinin və suyun verilmədiyi şəhərdə çox sayda ailə gecəni küçələrdə keçirib. Uzun müddət yağan aramsız yağışlar dərələrdən nəhəng qayaları yuyub şəhər istiqamətinə gətirib. Şəhər demək olar ki, xəritədən silinib.

Mocoa şəhəri ötən ay baş vermiş daşqınlar zamanı ən az 100 nəfərin həlak olduğu Peru sərhədinə çox yaxın mövqedə yerləşir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm