Ermənistanda seçki pozuntuları ilə bağlı cinayət işi açıldı
Bizi izləyin

Dünya

Ermənistanda seçki pozuntuları ilə bağlı cinayət işi açıldı

Qanun pozuntularından təxminən 392-də cinayət əlamətləri var.

Ermənistan Baş prokurorluğu parlament seçkilərində səsvermə zamanı qanun pozuntuları barədə 2000-ə yaxın məlumatla tanış olub.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu haqda idarənin mətbuat xidməti bildirib.

Məlumata görə, qanun pozuntularından təxminən 392-də cinayət əlamətləri var.

“392 məlumatdan 121 bir seçicinin digər seçicinin yerinə səs verməsi, 115-i seçicinin öz iradəsini azad ifadə etməsinə mane olmaq, 77-si səsvermə sirrinin pozulması, 63-ü KİV nümayəndəsinin, güvənilmiş şəxsin və müşahidəçinin işinə mane olmaq, 5-i seçkiqabağı rüşvət paylanması, 1-i isə seçki məntəqəsində siyahının tərtibinə mane olmaqla bağlıdır", - Baş prokurorluğun açıqlamasında deyilir.

Qurumdan bildiriblər ki, təkrar səsvermənin altı faktı üzrə cinayət işi qaldırılıb, bir şübhəli saxlanılıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm