Sarkisyanın partiyasına qələbə gətirən SAXTAKARLIQ - FOTOFAKT
Bizi izləyin

Dünya

Sarkisyanın partiyasına qələbə gətirən SAXTAKARLIQ - FOTOFAKT

Ermənistanda aprelin 2-də keçirilən parlament seçkilərindəki saxtakarlıqlar bir-bir ortaya çıxır.

Publika.az
xəbər verir ki, seçkiləri müşahidə edən “Müstəqil müşahidəçi” ittifaqının nümayəndələri Armavir şəhərində 16/15 seçki dairəsində Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının xeyrinə hazırlanmış bülletenlər aşkarlayıb.

Bülletenlərdə əvvəlcədən Respublika Partiyasının adını xüsusi nişanla qeyd olunub.

Məlumata görə, eyni saxtakarlıq İrəvanda 04/53 seçki məntəqəsində “Erməni dirçəlişi” partiyasının bülletenlərində də qeydə alınıb.

Qeyd edək ki, seçkinin nəticələrinə görə, hakim Respublika Partiyası 49,21 faiz səslə qalib gəlib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm