Sankt-Peterburqda TERROR: Ölənlərin sayı 14-ə çatdı - FOTO/VİDEO - (YENİLƏNİR)
Bizi izləyin

Dünya

Sankt-Peterburqda TERROR: Ölənlərin sayı 14-ə çatdı - FOTO/VİDEO - (YENİLƏNİR)

Güc strukturlarının əməkdaşları hadisə yerinə gediblər.

Sankt-Peterburq metrosunda terror aktının qurbanlarının sayı 14-ə çatıb.

Publika.az “İntefraks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın səhiyyə naziri Veronika Skvortsova bildirib.

Onun sözlərinə görə, 11 nəfər hadisə yerində, üç nəfər isə aldığı yaralardan xəstəxanalarda dünyasını dəyişib.

***

Sankt-Peterburq metrosunda partlayış zamanı yaralanmış iki nəfər xəstəxanada keçinib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Marinsk xəstəxanasından məlumat veriblər. Bildirilib ki, həmin şəxslər klinik ölüm vəziyyətində olublar.

Xatırladaq ki, bu gün Moskva vaxtı ilə saat 14.30-da metronun “Texnoloqiçeskiy institut-2” və “Sennaya ploşad” stansiyaları arasında partlayış baş verib. Səhiyyə naziri Veronika Skvortsovanın verdiyi məlumata görə, partlayış nəticəsində 10 nəfər həlak olub, 47 nəfər yaralanıb.

***

Şəhər qubernatoru Georgi Poltavçenko hadisə nəticəsində 10 nəfərin həlak olduğunu, təxminən 20 nəfərin yaralandığını bildirib.

***

Rusiya Baş Prokurorluğu hadisəni terror aktı adlandırıb.

***

"Fontanka"nın məlumatına görə, "Ploşad vosstaniya" stansiyasında bomba tapılıb. Hazırda bomba zərərsizləşdirilir.

***

“İnterfaks” agentliyinin mənbəyinin məlumatına görə, partlayışlar əldəqayırma partlayıcı qurğularla törədilib. Partlayışın gücü 200-300 qram trotil ekvivalenti təşkil edib.

***

Partlayışın səbəbləri hələlik məlum deyil.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, terror, məişət və kriminal da daxil olmaqla bütün versiyalara baxılır. Metroda partlayış haqqında xüsusi xidmət orqanlarından məruzələr alıb.

Putin hadisə ilə bağlı partlayışda ölənlərin ailələrinə başsağlığı verib.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin bu gün Strelnada (şəhərin yaxınlığında inzibati ərazi - red.) işləyir. Onun belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdüyü bildirilir.

Sankt-Peterburqda bütün metro stansiyaları bağlanıb.

***

Şəhərin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, zərərçəkənlər və həlak olanlar var.

TASS agentliyinin yazdığına görə, hadisə nəticəsində 10 nəfər ölüb, 50-dən çox adam yaralanıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, partlayışın terror aktı nəticəsində baş verdiyi istisna olunmur.

Partlayışın “Texnoloji institut” və "Sennaya ploşad" stansiyaları arasında baş verdiyi bildirilir. Digər stansiyada isə şübhəli əşyanın tapıldığı deyilir.

***

Sankt-Peterburqda metro vaqonunda partlayış baş verib.

Publika.az life.ru-ya istinadən xəbər verir ki, partlayış "Sennaya" stansiyasında baş verib.

Şahidlərin sözlərinə görə, xəsarət alanlar var.

Güc strukturlarının əməkdaşları hadisə yerinə gediblər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm