• USD 1,7000 0,00% EUR 2,0083 0,00%
    • GBP 2,2201 0,00% RUB 0,0233 0,00%

“Türk milləti üçün bahar, onlar üçün qara qış” - Ərdoğan ANONS VERDİ

  • Dünya
  • 3 Aprel 2017 21:39
  • 672 Baxış
“Türk milləti üçün bahar, onlar üçün qara qış” - Ərdoğan ANONS VERDİ

Türkiyə terror təşkilatlarına qarşı yeni əməliyyatlara başlayacaq.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda Trabzonda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Suriyada Əl-Babın terrorçulardan təmizlənməsi ilə “Fərat Qalxanı” hərəkatının birinci mərhələsini başa çatdırdıq. Bundan sonra yeni əməliyyatlar olacaq. Digər bölgələrdə də terror təşkilatlarını məhv etmək üçün yeni əməliyyatlara hazırlıq görürük. Yeni əməliyyatlara yeni adlar verəcəyik”, - deyə prezident qeyd edib.

Ərdoğan bildirib ki, baharı gözləyən bütün terror təşkilatlarına - PKK, YPG, İŞİD və FETÖ üçün çox gözəl sürprizlər olacaq: “Qarşıdakı aylar Allahın izni ilə Türkiyənin və türk millətinin baharı, terrorçuların isə qara qışı olacaq”.

Ömər

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR