Sankt-Peterburqdakı teraktla bağlı iki nəfər axtarışa verildi
Bizi izləyin

Dünya

Sankt-Peterburqdakı teraktla bağlı iki nəfər axtarışa verildi

Axtarılan şübhəlilərdən biri partlayıcı qurğunu qatara qoyub...

Sankt-Peterburq metropolitenində terror aktı iş üzrə şübhəli bilinən iki nəfərin axtarışi elan edilib.
Publika.az
“İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Onun sözlərinə görə, şübhəlilərdən biri qatarın vaqonunda partlayıcı qurğunu qoyan şəxsdir. Digər şühəli isə "Ploşad vosstaniya" stansiyasında bombanı qoyub.
Xatırladaq ki, bu gün Moskva vaxtı ilə saat 14.30-da metronun “Texnoloqiçeskiy institut-2” və “Sennaya ploşad” stansiyaları arasında partlayış baş verib. Səhiyyə naziri Veronika Skvortsovanın verdiyi məlumata görə, partlayış nəticəsində 10 nəfər həlak olub, 47 nəfər yaralanıb.
Rusiyanın İstintaq Komitəsi Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi üzrə (terror aktı) cinayət iş qaldırıb. Ancaq başqa versiyalar da yoxlanılır.
Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm