Sankt-Peterburqda metronu partladanın şəxsiyyəti müəyyənləşdirildi
Bizi izləyin

Dünya

Sankt-Peterburqda metronu partladanın şəxsiyyəti müəyyənləşdirildi

Orta Asiya mənşəlidir.

İlkin araşdırmalara əsasən, Peterburq metrosunda partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

“Cinayətkarın şəxsiyyəti artıq müəyyənləşdirilib. 23 yaşlı Qazaxıstan vətəndaşı Maksim Aşirevin Suriyada döyüşən silahlılarla əlaqəsi olub”, deyə mənbə bildirib.

Onun sözlərinə görə, vaqonda 200-300 qram trotil ekvivalenti gücündə əldəqayırma bomba partlayıb. Mənbə həmçinin bildirib ki, "Texnoloji institut" və "Sennaya ploşad" stansiyaları arasında işə salınan partlayıcı qurğu bir qədər sonra "Ploşad Vosstaniya" stansiyasında zərərsizləşdirilən partlayıcı ilə eyni olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm