Kolumbiyada fövqəladə vəziyyət elan edildi
Bizi izləyin

Dünya

Kolumbiyada fövqəladə vəziyyət elan edildi

Baş verən daşqınlar nəticəsində 262 nəfər ölüb, bir o qədər insan isə xəsarət alıb.

Ötən gün baş verən daşqınlar səbəbindən Kolumbiya hökuməti ölkədə sosial, iqtisadi və ekoloji sahələrdə fövqəladə vəziyyət elan edib.

Publika.az xəbər verir ki, bu barədə mediaya ölkə prezidenti Xuan Manuel Santos deyib.

Prezident çıxışında Nazirlər Şurasının bir neçə qərar qəbul etdiyini deyib: " Birincisi, büdcəyə dəyişiklik etmək və eləcə də, fəlakətin nəticələri ilə mübarizə üçün lazımi tədbirlərin görülməsi. Sosial, iqtisadi və ekoloji sahələrdə fövqəladə vəziyyətlə əlaqəli vəsaitlərin bölüşdürülməsi".

Xatırkladaq ki, Kolumbiyada baş verən daşqınlar nəticəsində 262 nəfər ölüb, bir o qədər insan isə xəsarət alıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm