• USD 1,7000 0,00% EUR 2,0083 0,00%
    • GBP 2,2201 0,00% RUB 0,0233 0,00%

Rusiya kəşfiyyatı terror aktının törədiləcəyini bilirdi – ŞOK DETALLAR

  • Dünya
  • 4 Aprel 2017 13:20
  • 906 Baxış
Rusiya kəşfiyyatı terror aktının törədiləcəyini bilirdi – ŞOK DETALLAR

Rusiyanın xüsusi xidmət orqanları terrorçuların Sankt-Peterburq metrosunda terror aktını törətməyə hazırlaşdığını bilirdi.

Publika.az xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən “Kommersant” nəşri yazıb.

Qeyd edilir ki, terror aktına hazırlıq haqqında informasiyanı xüsusi xidmət orqanlarına Suriyada İŞİD terror qruplaşması ilə əməkdaşlıq edən və evə qayıdan rusiyalı bildirib.

“Bu insan döyüşçülərin iyerarxiyasında ən aşağı pilləni tuturdu. Buna görə də Rusiyaya göndərilən diversiya qrupunun bəzi iştirakçılarını tanıyırdı”, - mənbə deyib.

Məlumata görə, rusiyalı terror aktının təşkilatçılarının telefon nömrələrini güc strukturlarına vermişdi və onlar dinlənilirdi.

“Tədqiqatçılar aydınlaşdırıblar ki, güman edilən döyüşçülərin telefonlarının bütün nömrələri bazarda əllərdən alınıb. Real olaraq bu nömrələrdən kimin istifadə etdiyini aydınlaşdırmaq mümkün deyildi. Xüsusi xidmət orqanları dinləməni həyata keçirirdilər, amma şübhəli şəxslər nadir hallarda telefonlarla ünsiyyət saxlayır və qısa frazalardan istifadə edirdilər. Adlar, vaxt və görüşlərin yerləri dəqiqləşmirdi”, - mənbə qeyd edib.

“Operativ oyun” yalnız terror aktından sonra kəsilib. Xüsusi xidmət orqanları şübhəlilərin bütün nömrələrini bloklayıblar.

Eyni zamanda, Rusiya xüsusi xidmət orqanları bir partlayıcı qurğunu zərərsizləşdirməklə hadisələrin gedişatına yalnız qismən təsir etməyi bacarıblar.

Ömər

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR