Türkiyəni qana boyamağı planlaşdıran çeçenlər tutuldu
Bizi izləyin

Dünya

Türkiyəni qana boyamağı planlaşdıran çeçenlər tutuldu

Onların üzərində 1,5 kiloqram partlayıcı maddə və iki qumbara aşkar edilib.

Suriya-Türkiyə sərhədində Çeçenistan Respublikasının sakinləri saxlanılıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahından bildirilib.

“Kilis vilayəti ərazisində Suriyadan Türkiyəyə qanunsuz keçməyə cəhd göstərən 18 nəfər – 10 kişi, 4 qadın və 4 uşaq aprelin 4-də saxlanılıb. Saxlanılanların arasında Çeçenistan Respublikasından gələnlər də var. Onların üzərində 1,5 kiloqram partlayıcı maddə və iki qumbara aşkar edilib”, - Baş qərargahın xəbərində deyilir.

Xəbərə görə, Çeçenistan Respublikasının sakinləri terror aktı törətməyi planlaşdırırdılar.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm