Düşmənin müharibə planı ələ keçdi – ƏSRİN HAKER HÜCUMU
Bizi izləyin

Dünya

Düşmənin müharibə planı ələ keçdi – ƏSRİN HAKER HÜCUMU

Hakerlər Cənubi Koreya Müdafiə Nazirliyinin serverini sındırıblar.

Koreya Xalq Demokratik Respublikasından (KXDR) olan hakerlər Cənubi Koreya Müdafiə Nazirliyinin serverini sındırıblar.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda KBS telekanalına öz mənbələri bildirib.

Mənbə qeyd edib ki, kibercinayətkarlar birinci səviyyəli məxfi sənədlərə giriş əldə ediblər. Onların arasında Şimali Koreyaya qarşı müharibə planı da var. 5027 adlı müharibə planı Koreya yarımadasında genişmiqyaslı hərbi əməliyyatların başlanacağı halda Seul və Vaşinqtonun birgə hərəkətlərini təsvir edir.

Cənubi Koreya Müdafiə Nazirliyi serverin qırılması faktını etiraf edib. Amma bildiriblər ki, hansı sənədlərin hakerlərin əlinə düşdüyünü dəqiq deyə bilmirlər. Cənubi Koreya Hərbi Prokurorluğu kiberhücumla əlaqədar araşdırmaya başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm