Azərbaycan torpaqlarının kürdlərə verilməsi üçün hərəkətə keçildi
Bizi izləyin

Dünya

Azərbaycan torpaqlarının kürdlərə verilməsi üçün hərəkətə keçildi

Qərar çıxarıb.

Kərkük Vilayət Məclisi türkmanların (azərbaycanlılar - red.) tarixi torpağı bu şəhərin kürdlərə verilməsi üçün referendumun keçirilməsi haqda qərar çıxarıb.

Publika.az
xəbər verir ki, qərar türkman və ərəb üzvlərin iştirak etmədiyi iclasda çıxarılıb.

Kərkük Vilayət Məclisinin sədri Rebvar Talabani bildirib ki, referendumla bağlı qərarı İraq mərkəzi hökumətinə təqdim ediblər.

Referendumda “Kərkük İraq mərkəzi hökumətinə tabe olsun, yoxsa Şimali İraq Kürd Muxtariyyətinə birləşdirilsin?” məsələsi səsverməyə çıxarılacaq.

Qeyd edək ki, ötən həftə Kərkükün dövlət binalarına kürd bayraqlarını asılmasından sonra şəhərdə türkmanlar ayağa qalxmışdı. Bağdadın qərarından sonra kürd bayraqları endirildi. İndi Kərkükün taleyi ilə bağlı referendumun keçirilməsi haqda qərar tarixi türk torpaqlarının kürdlərə verilməsi planına xidmət edir. Bu plan Səddam Hüseynin devrildiyi 2003-cü ildən mövcuddur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm