Lavrovdan amerikalı həmkarına: “Anam bunu mənə qadağan edib”
Bizi izləyin

Dünya

Lavrovdan amerikalı həmkarına: “Anam bunu mənə qadağan edib”

Lavrov ABŞ-ın dövlət katibi Reks Tillersona cavab verib.

Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Serqey Lavrov Rusiya ilə münasibətlər haqqında danışaraq “onunla rəqs etmək mümkün deyil” deyən ABŞ-ın dövlət katibi Reks Tillersona cavab verib.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, Lavrov cavabında anasının qadağasını xatırladıb.

“Anam mənə oğlanlarla rəqs etməyi qadağan edirdi”, - Lavrov zarafat edib.

Onun sözlərinə görə, Reks Tillerson bunu NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin martın 31-də keçirilən görüşündə deyib.

“Əgər Reks Tillerson hiss edirsə ki, hələ hamı ilə rəqs edə bilmir, biz ona kömək etməyə hazırıq”, - diplomat söyləyib.

Lavrov əlavə edib ki, onun amerikalı həmkarı çox təcrübəli insandır. “Əminəm ki, tez öyrənəcək”, - Rusiya xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm