Separatçı rejim Moskvaya müraciət etdi - QƏTNAMƏ
Bizi izləyin

Dünya

Separatçı rejim Moskvaya müraciət etdi - QƏTNAMƏ

Yekun qətnamə bugünkü dinləmələrin nəticəsidir.

Separatçı “Dnestryanı Moldova Respublikası” sənədlərinin tanınması xahişi ilə Rusiyaya müraciət edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, separatçı rejiminin “parlament”i axşam dinləmələrdən sonra bununla bağlı qətnamə qəbul edib.

“Yekun qətnamə bugünkü dinləmələrin nəticəsidir. Biz sənədlərin tanınması təklifi ilə Rusiya Federasiyasına müraciət edirik”, - “parlament”in başçısı Aleksandr Şerba jurnalistlərə deyib.

Xatırladaq ki, Rusiya daha əvvəl Ukraynanın şərqində yaradılan Donetsk və Luqansk “xalq respublikaları”nın pasportlarını tanıyıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm