Sabiq respublika başçısı rüşvət üstündə həbs olundu
Bizi izləyin

Dünya

Sabiq respublika başçısı rüşvət üstündə həbs olundu

Məmura 2,7 milyon rubl dəyərində olan kommersiya firmasından pay verilib.

Moskvanın Basman rayon məhkəməsi 140 milyon rubl məbləğində rüşvət almaqda ittiham edilən Rusiyanın Udmurtiya Respublikasının rəhbəri Aleksandr Solovyov barəsində həbs-qətimkan tədbiri seçib.

Publika.az xəbər verir ki, hakim Solovyov barəsində daha yüngül həbs-qətimkan tədbiri seçməkdən imtina edib. Onun sözlərinə görə, belə halda o, əlaqələrindən istifadə edərək, istintaqa təsir, şahidlərə isə təzyiq edə bilər. Hakim Udmurtiyanın sabiq rəhbərinin İspaniyaya qaça biləcəyini də istisna etməyib. Belə ki, Aleksandr Solovyovun bu ölkədə daşınmaz əmlaka sahib olduğu müəyyənləşdirilib.

İstintaqın versiyasına əsasən 2014-2016-cı illərdə Solovyov Kambarka şəhərindəki Kama və Buy çayları üzərindən keçən körpünün tikintisi ilə məşğul olan şirkətdən 139 milyon rubl rüşvət alıb. Bundan başqa, məmura 2,7 milyon rubl dəyərində olan kommersiya firmasından pay verilib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm