Dünya
“Erməni lobbisi”ndən Sarkisyana TƏRS ŞİLLƏ
“Freedom House” təşkilatı Ermənistanın avtoritar rejimin
astanasında olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, təşkilatın hesabatında
Ermənistanda keçirilən konstitusiya islahatlarının parlament
respublikası üsul-idarəsinə keçiddən çox, Serj Sarkisyanın
hakimiyyətinin uzadılmasına xidmət etdiyi qeyd olunur.
Hesabatda qeyd olunur ki, yeni idarəçilik sistem hakim Respublika
Partiyasının uzun müddət iqtidarda qalmasını təmin etmək məqsədi
daşıyır.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) da
aprelin 2-də Ermənistanda keçirilən parlament seçkilərində
saxtakarlığa yol verildiyini, seçicilərə təzyiq olunduğunu və
hakimiyyət nümayəndələrinin seçki prosesinə müdaxilə etdiyini
açıqlayıb.
Lakin məhz “Freedom House” təşkilatının Ermənistandakı seçkilərə bu
cür yanaşması maraq doğurur.
“Freedom House” təşkilatı adətən anti-Azərbaycan mövqedən çıxış
edir. Lakin rəsmi İrəvanın kütləvi mitinqlərin qarşısını almasına,
siyasi repressiyalara, fiziki təzyiqlərə baxmayaraq, indiyə qədər
təşkilatın bütün hesabatlarında Ermənistan “azad” ölkə kimi
göstərilir və çox az hallarda kiçik iradlar bildirilir. Əvəzində
təşkilatın əksər hesabatı Azərbaycana qarşı hücum xarakteri
daşıyır.
“Freedom House”un Qərbdə erməni lobbisinə yaxın olması haqda
məlumatlar var. Təşkilatın Azərbaycanın işğal olunmuş torpaqlarında
yaradılan qondarma “DQR”-in adını da öz hesabatlarına salması,
hətta bu qondarma rejimi “azad ölkə” kimi təqdim etməsi də erməni
lobbisi ilə bağlantılarına sübutdur.
Təşkilatın indi Serj Sarkisyan rejimini avtoritar adlandırması
diqqətdən yayınmır və burada erməni lobbisinin Sarkisyana qarşı
çıxması ehtimalı ön plana çıxır.
Asif
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə24 Aprel 18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO