Jurnalistlər metronun 3 stansiyasına bomba qoydular
Bizi izləyin

Dünya

Jurnalistlər metronun 3 stansiyasına bomba qoydular

“Yəqin, düşünürlər ki, bu çox uğurlu və gülməlidir".

Ukraynanın “1+1” telekanalının jurnalistləri terror aktının mümkün təhlükəsinə Ukrayna xüsusi xidmət orqanlarının reaksiyasını yoxlamaq üçün Kiyev metrosunun üç stansiyasına saxta bombalar atıblar.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Kiyev metropoliteni”nin rəsmi feysbuk səhifəsində bildirilir.

Qeyd edilir ki, telekanalın əməkdaşları şübhəli predmetləri “Lesnya”, “Kreşatik” və "Vağzal” stansiyalarında qoyublar.

“Yəqin, düşünürlər ki, bu çox uğurlu və gülməlidir. Hələ ki Sankt-Peterburq metrosunda törədilən terror aktı nəticəsində həlak olmuş insanları dəfn edirlər. Biz hüquq-mühafizə orqanlarına məlumat verəcəyik”, -xəbərdə deyilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm