ABŞ dövlət katibinin Rusiyaya səfər tarixi açıqlandı
Bizi izləyin

Dünya

ABŞ dövlət katibinin Rusiyaya səfər tarixi açıqlandı

Bu, Reks Tillersonun ABŞ dövlət katibi vəzifəsində Rusiyaya ilk səfəri olacaq.

ABŞ dövlət katibi Reks Tillerson aprelin 11-12-də Moskvada işgüzar səfərdə olacaq.

"Report"un məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi saytında bildirilib.

Qeyd olunub ki, bu, Reks Tillersonun ABŞ dövlət katibi vəzifəsində Rusiyaya ilk səfəri olacaq. O, səfər zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə iki ölkə arasında əməkdaşlıq və bir sıra regional məsələləri müzakirə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm