Dəniz quldurları Pakistana məxsus gəmini ələ keçirdi
Bizi izləyin

Dünya

Dəniz quldurları Pakistana məxsus gəmini ələ keçirdi

Ekipajın sayı barədə məlumat yoxdur.

Somali piratları Pakistana məxsus “Salama” gəmisini ələ keçiriblər.

Publika.az xəbər verir ki, ekipajın sayı barədə məlumat dəqiqləşdirilir.

“Salama” bir neçə sutka ərzində Somali piratları tərəfindən ələ keçirilən sayca ikinci gəmidir. Bundan əvvəl silahlılar Hindistan bayrağı altında üzən, göyərtəsində 11 ekipaj üzvü olan gəmini ələ keçiriblər.

Geo TV telekanalının məlumatına görə, Pakistan gəmisi Somalinin Əl-Xur şəhərinə gətirilib. İlkin məlumata görə, Hindistana məxsus gəmi də Hobyo limanı yaxınılığında yerləşən Əl-Xurdadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm