İranda zəlzələ - 1 ölü, 34 yaralı
Bizi izləyin

Dünya

İranda zəlzələ - 1 ölü, 34 yaralı

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

İranın şimal-şərqindəki Xorasan Rezavi əyalətində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 34 nəfər xəsarət alıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yeraltı təkanlar aprelin 5-i, səhər saatlarında Məşhəd şəhərindən 94 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Məlumata əsasən, aprelin 5-də axşam saatlarında Xorasan Rezavi əyalətində daha bir zəlzələ baş verib. Onun maqnitudası 4,7 bal olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm