Kolumbiyada sel nəticəsində ölənlərin sayı 300-ü ötdü (YENİLƏNDİ) - -FOTO\VİDEO
Bizi izləyin

Dünya

Kolumbiyada sel nəticəsində ölənlərin sayı 300-ü ötdü (YENİLƏNDİ) - -FOTO\VİDEO

Təbii fəlakət 293 nəfərin həyatına son qoyub.

Kolumbiyada baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 300 nəfəri ötüb.

Publika.az xəbər verir ki, təbii fəlakət nəticəsində 301 nəfərin cəsədi tapılıb. Onların hələlik 173-nün şəxsiyyəti müəyyənləşdirilib.

Qeyd edək ki, bundan əvvəlki məlumatda sel daşqınları nəticəsində 293 nəfərin öldüyü bildirilirdi.

***

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində 314 nəfər itkin düşmüş hesab edilir.

APA-nın xəbərinə görə, bu barədə ölkə prezidenti Xuan Manuel Santos bildirib.

Onun sözlərinə görə, təbii fəlakət 293 nəfərin həyatına son qoyub, 332 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 3 minədək insan müvəqqəti sığınacaqlarda yerləşdirilib.

EFE agentliyinin məlumatına görə, itkin düşənlər arasında 8 əcnəbi var. Onlardan 3-ün İspaniya vətəndaşı olduğu dəqiqləşib.

Xatırladaq ki, aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayının məcrasından çıxması olub. Sel suları onlarla yaşayış evini dağıdıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm