PKK əleyhinə əməliyyat: 8 terrorçu öldü, 1 türk əsgəri yaralandı
Bizi izləyin

Dünya

PKK əleyhinə əməliyyat: 8 terrorçu öldü, 1 türk əsgəri yaralandı

PKK terrorçuları Türkiyənin Hakkari vilayətində təhlükəsizlik qüvvələrinə hücum edib.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" Hakkari vilayətinin rəhbərliyinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə vilayətin Çukurca rayonunda baş verib. PKK terrorçularının hücumunun qarşısı alınması məqsədilə F-16 hərbi təyyarələrindən, Pilotsuz Uçan Aparatdan (PUA) istifadə edilib. Əməliyyat zamanı PUA tərəfindən 8 terrorçu məhv edilib, həmçinin 1 türk əsgəri də yaralanıb.

Yaralı Hakkari Dövlət Xəstəxanasına yerləşdirilib. Onun yüngül yaralandığı, həyatı üçün hər hansı təhlükənin olmadığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm