İsraildə İLK: Müsəlman qadın diplomat təyin edildi
Bizi izləyin

Dünya

İsraildə İLK: Müsəlman qadın diplomat təyin edildi

İsrail mediası Türkiyəni bu ölkənin mühüm regional müttəfiqi adlandırıb.

İsrailin Xarici İşlər Nazirliyi 31 yaşlı müsəlman qadın Raşa Atamnini yəhudi dövlətinin Türkiyədəki səfirliyində yüksək vəzifəyə təyin edib.

"Report" İsrail mətbuatına istinadən xəbər verir ki, bu, ölkənin tarixində ilk belə diplomatik hadisədir.

Raşa Atamni əslən İsrailin mərkəzindəki Baka-el-Qarbiya şəhərindəndir. O, nüfuzlu müsəlman ölkəsində İsrail səfirliyinin birinci katibi kimi fəaliyyət göstərəcək.

R. Atamni İsrail tarixində ilk İslam dinindən olan müsəlman diplomat kimi fəaliyyətə başlasa da, bu ölkənin tarixindəki birinci qadın diplomat deyil. Belə ki, Ali Məhkəmənin hakimi Səlim Cubranın qızı, ərəb əsilli xristian Raniyə Cubran 2006-cı ildən 2009-cu ilə qədər Xarici İşlər Nazirliyində işləyib.

İsrail mediası Türkiyəni bu ölkənin mühüm regional müttəfiqi adlandırıb. Hər iki ölkə münasibətlərdəki 6 illlik diplomatik "çat"ı aradan qaldıraraq 2016-cı ildə barışıq sazişi imzalayıblar.

Hazırda İsrailin özündə də bir neçə müsəlman və xristian diplomat var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm