Türkiyəli jurnalistdən “Cümhuriyyət” yazarlarına: “Gəbərəcəksiniz!”
Bizi izləyin

Dünya

Türkiyəli jurnalistdən “Cümhuriyyət” yazarlarına: “Gəbərəcəksiniz!”

Bu qəzet Mustafa Kamal Atatürk ideyalarının daşıyıcı deyil.

Türkiyənin tanınmış jurnalisti Cem Küçük hazırda həbsdə olan “Cümhuriyyət” qəzeti yazarlarına qarşı sərt fikirlər səsləndirib.

Publika.az türk mətbuatına istinadən xəbər verir ki, Cem Küçük “TGRT” telekanalında yayımlanan verilişdə çıxışı zamanı “Cümhuriyyət” yazarlarını təhqir edib:

“Bu qəzet Mustafa Kamal Atatürk ideyalarının daşıyıcı deyil. Bu qəzet Fətullah Gülənə xidmət edir. Hazırda “Cümhuriyyət” qəzetini Fətullah Gülənin adamları idarə edir. Bunun başında gələn adamlar isə Can Dündar, Akın Atalay, Kadri Gürsel kimi alçaqlardır. Bu şəxslərin işini bitirmək lazımdır. Misal üçün, bu şəxslərə 20 il həbs cəzası istənilir. Ancaq bu adamlara 20 il həbs cəzası çox azdır. Ən azı 43 il həbs cəzası verilməlidir. Bu adamlar dövlətə, millətə xəyanət ediblər, PKK-nı, “FETÖ”-nü müdafiə ediblər, terrorçuların qəzetinə çevriliblər. Mən bu adamlara demək istəyirəm ki, gəbərəcəksiniz, ancaq başqa yollarla deyil, hüquqi yollarla!”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm