Moskva müsəlmanların üçüncü müqәddәs şәhәrini bölüşdürdü
Bizi izləyin

Dünya

Moskva müsəlmanların üçüncü müqәddәs şәhәrini bölüşdürdü

"Şərqi Qüds Fələstin dövlətinin, Qərbi Qüds isə İsrailin paytaxtı olmalıdır”.

"Moskva hesab edir ki, Şərqi Qüds Fələstin dövlətinin, Qərbi Qüds isə İsrailin paytaxtı olmalıdır”.

Publika.az xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Şərqi Yerusəlimin Fələstin dövlətinin paytaxtı kimi müəyyən edilməsi də daxil olmaqla nizamlanmanın prinsipləri haqqında BMT qərarlarına sadiq olduğumuzu bildiririk. Eyni zamanda bəyan etməyi zəruri hesab edirik ki, bu baxımdan Qərbi Qüds İsrail dövlətinin paytaxtı qismində nəzərdən keçirilməlidir”, bəyanatda bildirilir.

Nazirlikdə vurğulanıb ki, Qüdsün statusu da daxil olmaqda, Fələstin ərazilərinin son statusunun konkret parametrləri tərəflər arasında birbaşa danışıqların gedişatında uyğunlaşdırılmalıdır. Sənəddə göstərilir ki, Rusiya tərəfi Fələstin-İsrail danışıqlarının cari vəziyyəti ilə bağlı dərin narahatlıq keçirir.

Qeyd edək ki, Qüds və ya Yerusəlim dünyanın ən qədim şəhərlərindən biridir. Şəhərin şərq hissəsi Fələstinin hüquqi paytaxtıdır. İsrail 1949-cu ildən Qüdsü paytaxt elan edib. 1967-ci ildən İsrail bütün şəhər ərazisinə nəzarət edir. Şəhərin şərq hissəsi üzərində İsrail suverenliyi, eləcə də şəhərin bütövlükdə İsrail paytaxtı kimi statusu beynəlxalq ictimaiyyətin əhəmiyyətli hissəsi tərəfindən tanınmayıb. Qüdsün statusu hazırda qızğın müzakirələr mövzusudur və İsrail-Fələstin sülh prosesinin ən çətin mövzuları arasında yer alır.

ABŞ Konqresi 1995-ci ildə Qüdsü İsrailin paytaxtı olaraq tanıyan bir qərar qəbul edib. Ancaq həmin tarixdən bu yana ABŞ prezidentlərinin hamısı xarici siyasətdəki səlahiyyətlərindən istifadə edərək səfirliyi Təl-Əvivdə saxlayıb və şəhərin statusu ilə əlaqədar aparılan müzakirələrə dəstək verib.

ABŞ-ın yeni prezidenti Donald Trampın sələfi Barak Obama da iki prezidentlik müddətində Qüdsün İsrailin paytaxtı olaraq tanımasını nəzərdə tutan qərarı təsdiqləməyib. Tramp isə ABŞ səfirliyinin Qüdsə köçürülməsini dəstəkləyir. Fələstin lideri Mahmud Abbas isə ABŞ prezidentinə xəbərdarlıq edərək bildirib ki, bu addım atılarsa, sülh prosesi zərər görəcək.

Qüdsdә olan Əl-Əqsa məscidi müsәlmanların ilk qiblәsidir. Qüds müsәlmanlar üçün Məkkə vә Mədinədәn sonra üçüncü müqәddәs şәhәrdir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm