Neft uğrunda QANLI SAVAŞ: azərbaycanlıların torpaqlarında QARANLIQ OYUN
Bizi izləyin

Dünya

Neft uğrunda QANLI SAVAŞ: azərbaycanlıların torpaqlarında QARANLIQ OYUN

Bu istiqamətdə intensiv addımlar atılır.

Türkmanların tarixi yurdu olan Kərkükün son zamanlar kürdləşdirilməsi istiqamətində intensiv addımlar atılır.

Publika.az
xəbər verir ki, Kərkükdə bayraq böhranından sonra şəhərin Vilayət Məclisi referendumun keçirilməsi ilə bağlı qərar çıxarıb.

Məclisdə çoxluq təşkil edən kürd əsilli üzvlərin birtərəfli olaraq çıxardığı referendum qərarına görə, Kərkükün İraq hökumətinə, yoxsa Şimali İraq Kürd Muxtariyyətinə birləşməsi məsələsi həll olunacaq. Əslində bu, şəhərin tamamilə kürdlərə verilməsi deməkdir. Çünki 2003-cü ildən başlayaraq, bölgənin demoqrafik xəritəsi dəyişdirilib və kürdlər kütləvi şəkildə Kərkükə köçürülüb. Hər hansı referendumda sayca çox olan kürdlərin istədiyi nəticə çıxacaq.

Kərküklə bağlı bu oyunların arxasında kimin olduğu, şəhərin bundan sonra taleyinin necə olacağı düşündürücü məsələdir.

Balaca Buşun işğalı

Türkiyəli siyasi yazar Veysel Kurt hər şeyin ABŞ-ın İraqı işğal etməsi ilə başladığını deyib.

“2003-cü ildə Corc Buş İraqı işğal edəndən sonra Bərzani rejiminə muxtariyyət yaratmağa imkan verdi. Bərzani rejimi İraqın şimalında Duhok-Ərbil-Süleymani bölgələrindən ibarət muxtariyyət əldə etdi. Malikinin səhv siyasəti sünni bölgələrlə şiə hakimiyyəti arasında uçurum yaratdı. Hətta İŞİD-in yaranmasında da bunun böyük təsiri oldu. Əslində, 2005-ci ildə elan edilən konstitusiya İraqın gələcəyini müəyyənləşdirən əsas qanun idi. Konstitusiyanın 140-cı maddəsində göstərildiyi kimi Kərkükün statusu müəyyən olunmamışdı. İŞİD-in ortaya çıxması ilə İraq yenidən xaos dövrünə qədəm qoydu, bu vəziyyətdən istifadə edən bölgədə oyunçular və orada marağı olan güclər öz istədiklərini etməyə başladı”, - deyə o bildirib.

Səddamın mirası, kürdlərin gəlişi və gözlənilən toqquşma

Yazar Bora Bayraktar da Kərkükdə qırılma nöqtəsinin 2003-cü ildə olduğunu deyib.

Onun sözlərinə görə, Səddam Hüseyn bölgədə demoqrafik quruluşu dəyişdirdi: “Səddamdan öncə Bass rejimi də bunu etmişdi. Bölgənin qırılma nöqtəsi 2003-cü ildə oldu. Səddamın devrilməsindən sonra kürd qruplar Kərkükə girdilər. Şəhərdəki qeydiyyat idarələrini yandırdılar və Kərkükün əsil sahibinin kim olduğu haqda heç bir sənəd qalmadı. Kürdüstan Yurdsevərlər Birliyinin (KYB - birliyə əsasən İraqın kürd əsilli keçmiş prezidenti Cəlal Təlabani nəzarət edir – red.) nəzarət etdiyi bölgəyə son 14 ildə çoxsaylı kürd yerləşdirildi. Buna görə də indi əhalinin siyahıyaalınması aparılarsa, kürdlər çoxluq təşkil edəcək. Yəni referendumda da Kərkükün Şimali İraq Kürd Muxtariyyətinə birləşdirilməsi qərarı çıxacaq. Bu isə Kərkük neftinin mərkəzi İraq hökumətinin əlindən çıxması deməkdir. Bu baxımdan, vəziyyət qarışıqdır. Əgər kürdlər geri addım atmasalar, silahlı toqquşmalar başlayacaq”.

Bərzani ilə Təlabani də döyüşür

Siyasi ekspert Kemal Beyatlı qeyd edir ki, Kərkük uğrunda kürdlər arasında da qarşıdurma yaşanır.

“Kərkükün valisi Təlabani qrupuna bağlıdır. Orada Bərzani və Təlabani qrupu arasında böyük qarşıdurma var. Neft məsələsində Bərzani daha öndədir. Lakin bölgənin idarə olunması məsələsində Təlabani hakimdir. Valinin icazəsi ilə PKK Kərkükün müəyyən bölgələrində təlim düşərgələri yaradıb. 3 ay öncə Kərkükdəydim, bazara bir PKK-çı gördüm. Əlində silahla şəhərin ortasında rahat şəkildə gəzirdi”, - deyə o bildirib.

Arxa plandakı ölkə

Bora Bayraktar Kərkükdə baş verənlərin arxasında İranın da olduğunu deyib: “KYB-Təlabani qrupu İrana yaxındır. İranın burada iki hədəfi var: birincisi, Məsut Bərzanini sıxışdırmaq və KYB-Təlabani hərəkatını gücləndirərək, kürdlərin lideri etməkdir. İkincisi, rəsmi Bağdadı, daha dəqiq desək, hazırki baş nazir İbadini zəiflətməkdir. Çünki İran İbadinin yerinə Malikinin gəlməsini istəyir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm