Sankt-Peterburqu qana boyayan təşkilat məlum oldu
Bizi izləyin

Dünya

Sankt-Peterburqu qana boyayan təşkilat məlum oldu

Mütəxəssislər Suriyanı bu “nou-hau”nun vətəni hesab edirlər.

Sankt-Peterburq metrosunda qatarının partladılması və “Ploşad Vosstaniya” stansiyasında bombanın qoyulması İŞİD terror təşkilatında hazırlıq keçmiş şəxs tərəfindən edilib.

Publika.az xəbər verir ki, bu haqda Fontanka.ru saytına xüsusi xidmət orqanlarından bildirilib.

Bildirilir ki, partlayıcı qurğunun komponentləri bunu deməyə əsas verir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Sankt-Peterburq metrosunda 14 nəfərin həlak olması ilə nəticələnən partlayışı törətmiş Akbarjon Cəlilovun 2014-cü ildə Türkiyədən Rusiya ərazisinə girdiyini müəyyən ediblər. Xüsusi xidmət orqanları Cəlilovun son marşrutunun aydınlaşdırmaq üçün həmsərhəd ölkələrdən olan həmkarları ilə işləyirlər. Amma əminlik var ki, o Suriyaya, daha dəqiq, İŞİD-in nəzarət etdiyi əraziyə gedib.

“Fontanka”nın məlumatına görə, kriminalistlər qatarın partladılmasında istifadə olunan bombanın komponentləri arasında yandırılmış şəkəri aşkar ediblər. Mütəxəssislər Suriyanı bu “nou-hau”nun vətəni hesab edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm