Terror aktı Lukaşenkonun planlarını pozdu
Bizi izləyin

Dünya

Terror aktı Lukaşenkonun planlarını pozdu

"Rusiya ilə mübahisələr ikinci plana keçdi".

Sankt-Peterburq metrosunda partlayış fonunda enerjidaşıyıcısılar haqqında Rusiya ilə mübahisələr ikinci plana keçdi.

Publika.az xəbər verir ki, bunu “Mir” teleradio şirkətinə müsahibəsində Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Belarus və Rusiya münasibətlərində çoxlu ziddiyyətlər və problemlər var. Və biz görüşə hazırlaşırdıq (terror aktının baş verdiyi gün – aprelin 3-də Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqa getmişdi –red.). Elə həmin anda terror aktı baş verdi və yaşadığımız bütün bu problemlər arxa plana keçdi. Biz bu görüşdə problemləri qətiyyətlə mübahisə etməyə tam hazır idik”, - Lukaşenko bildirib.

Prezidentin müsahibəsində əsas diqqət postsovet məkanında inteqrasiya mövzusuna ayrılıb. Dövlət başçısı inteqrasiya strukturlarının sonrakı inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən terror aktında 14 nəfər ölüb, 50-dən çoxu yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm