Ukrayna vətəndaşları da Avropa Birliyi ölkələrinə vizasız gedəcək
Bizi izləyin

Dünya

Ukrayna vətəndaşları da Avropa Birliyi ölkələrinə vizasız gedəcək

Qanun bu ilin iyunundan qüvvəyə minəcək.

Avropa Parlamenti Ukrayna vətəndaşlarının Avropa Birliyinə üzv olan ölkələrə vizasız gediş-gəlişini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bundan sonra Ukrayna vətəndaşları da Avropa Birliyi ölkələrinə 90 gündən çox olmamaqla vizasız səfərlər edə biləcəklər.

Qərara görə, biometrik pasporta malik olan bütün Ukrayna vətəndaşları həm turist kimi, həm işləmək məqsədi ilə, həm də ailəvi olaraq Avropa İttifaqına üzv olan ölkələrə səfər edə bilərlər. Biometrik pasporta malik olmayan Ukrayna vətəndaşlarına isə işləmək icazəsi verilməyəcək.

Qanun bu ilin iyunundan qüvvəyə minəcək.

Qeyd edək ki, sözügedən qanun layihəsinin müəllifi Avropa Parlamentinin Bolqarıstandan da olan üzvü Mariya Qabriyeldir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm