• USD 1,7000 0,00% EUR 2,0120 -0,37%
    • GBP 2,2300 -0,13% RUB 0,0232 -0,43%

Putin 2018-ci ildə müharibəyə başlayacaq - PROQNOZ

  • Dünya
  • 6 Aprel 2017 18:43
  • 1 216 Baxış
Putin 2018-ci ildə müharibəyə başlayacaq - PROQNOZ

Rusiya 2018-ci il prezident seçkilərinin yaxınlaşması ilə daxili problemlərdən diqqəti yayındırmaq üçün Ukraynaya qarşı təcavüzünü genişləndirəcək.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə Kiyev forumunda çıxışı zamanı Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

“Kreml 2018-ci il prezident seçkilərinə hazırlaşır. O zəif yerlərini gizlətmək üçün daha da təcavüzkar olur. Rusiya kvazidövlətlərin yaradılmasına qədər irəli getməklə Donbasda öz taktikasını dəyişdirib. O dissidentləri susmağa məcbur etmək üçün Krımda repressiyaları gücləndirir”, - Poroşenko bildirib.

Dövlət başçısının sözlərinə görə, Rusiya indiyə qədər Rus imperiyasının qanunları ilə yaşayıb.

“Moskva Avropa seçiminə görə Ukraynanı cəzalandırmaq istəyir. Xüsusi halda, Kiyev və Varşavanın arasını vurmağa çalışır”, - o əlavə edib.

Ömər

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR